Kateqoriyasız

“Neftçi”nin 3-cü mərhələdəki rəqibi bilindi

“Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki,  “Rapid” 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Lexiya”ya (Qdansk, Polşa)  2:1 hesabı ilə qalib gələrək “Ağ-qaralar”ın rəqibi olub.

Bu komandalar arasında ilk görüş qolsuz bərabərlik sona çatıb.

Qeyd edək ki, “Neftçi” “Rapid”ə qarşı ilk oyunun avqustun 4-ü evdə keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Vyanada olacaq.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43