Ölkə futbolu

“Neftçi”nin 3 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.

Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.

Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43