Kateqoriyasız

“Neftçi”nin 6 futbolçusu getdi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Sentyabr ayının 6-dan 14-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın aşağı yaş qruplarında çıxış edən 6 futbolçu dəvət olunub. Bahadur Həziyev, Pərviz Həsənov, Kamran İbrahimov, Xalid Bayramov, Pərviz Novruzlu və Pilağa Mehdiyev bu toplanışa çağırılıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43