Ölkə futbolu

“Neftçi”nin 7 futbolçusu milli komandada

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.

Avqustun 8-dən 12-dək Bakıda, bu ayın 13-dən 17-dək isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək hazırlıq prosesinə “Neftçi”nin  7 futbolçusu dəvət olunub.

Bu barədə klubun saytı məlumat yayıb. Yığmaya İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirov çağırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43