Kateqoriyasız

“Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubunu iki oyunun nəticəsinə görə məğlub edənn“Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq. Bu komandaya qarşı ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda baş tutacaq.

Tuladakı qarşılaşmaya yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) start veriləcək. Bu barədə “Arsenal”ın rəsmi saytı məlumat yayıb. Cavab qarşılaşmasının vaxtı isə hələlik dəqiqləşməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43