08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin Avropa Liqasındakı rəqibi: Penalti vura bilməyən bombardir, “Sevilya”da “ilişən” komanda (ARAŞDIRMA+FOTOLAR)

İlk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixinə keçən “Neftçi” bu turnirin 2015/16 mövsümündə rəqibini tanıdı. Püşk “ağ-qaralar”a Çernoqoriya təmsilçisi – “Mladost”u rəqib etdi. 1950-ci ildə yaradılan klubun avrokuboklar təcrübəsi çox deyil. Podqoriça şəhərini təmsil edən 65 yaşlı klubun zəif və üstün tərəflərini aydınlaşdırmağa çalışacam.

Çernoqoriyanın avrokuboklardakı ən zəif komandası…

“Mladost” Çernoqoriyanı bu mövsüm avrokuboklarda təmsil edən 4 komandadan biridi. “Ağ-qırmızılar” Avropa Liqasında ölkə kubokunu qazanmaqla vəsiqə əldə ediblər. Çernoqoriyanı avrokuboklarda təmsil edəcək digər 3 komandaya nisbətdə “Mladost”un başa çatan mövsümdəki statistik göstəricilərinə nəzər salsaq bizə xoş olan bir mənzərə ilə qarşılaşarıq. Beləki, “Mladost” başa çatan çempionatda 33 matça çıxıb ki, bunların da 8-də məğlub olub. 16 qələbəsi olan komanda 9 dəfə də heç-heçəyə razılaşıb. Çernoqoriyanı avrokuboklarda təmsil edən klubların içərisində “Mladost” ən çox uduzan və ən az qələbə qazanan komandadı. Onlar kubokun finalında çempionatı 7-ci yerdə bitirən OFK klubuna əlavə vaxtda qalib gəlməklə vəsiqə əldə ediblər. Daha bir maraqlı məqam ondan ibarətdi ki, əgər OFK ilk hissədən sonra azlıqda qalmasaydı, bəlkə də bu gün “Mladost” yox, məhz özləri avrokuboklarda iştirak edə bilərdilər.

Meydan amilindən maksimum yararlanırlar…

“Mladost” başa çatan çempionatda Podqoriça şəhərində keçirdiyi 17 matçın 11-də qələbə qazanıb. Doğma azarkeşləri önünüdə 3 heç-heçə və 3 məğlubiyyətləri var. 

“Neftçi”nin rəqibi öz meydanında göstərdiyi oyunu səfər matçlarında sərgiləyə bilmir. Hər halda komanda son mövsüm 16 səfər matçına çıxıb ki, bunlardan da cəmi 5-də qələbəyə sevinib. Qonaq meydanında 6 heç-heçə və 5 məğlubiyyət alan “Mladost”un səfər matçlarında hücumu yaxşı təsir bağışlasa da (23 qol) müdafiə xətti ilə bağlı eyni sözləri demək olmaz – 23 qol.

Cəmi bir dəfə, o da uğurlu…

Öncədən də qeyd etdiyim kimi “Mladost”un avrokuboklar təcrübəsi azdı. Komanda 65 illik tarixi ərzində cəmi bir dəfə, o da ötən mövsüm Avropa Liqasına vəsiqə qazanıb. İlk dəfə iştirak etdiyi turnirdə uğurlu oyun sərgiləyən çernoqoriyalılar “play-off”da Avroliqanın həmin ildəki qalibi “Sevilya”ya “ilişiblər”. 

Penaltilərdən yararlana bilməyən bombardir…


“Mladost”un ən məhsuldar oyunçusu Boqdan Miliçdi. Çexiyanın “Viktoriya”, Hollandiyanın “AGOO Den Haaq” kimi komandalarında top qovan və hazırda Podqoriça təmsilçisinin uğurları üçün çalışan forvard xüsusən hava toplarında daha fəaldı. 27 yaşlı hücumçu penalti vurmaqda problem yaşayır. Daha doğrusu başa çatan mövümdə penalti zərbələrinin əksərində qol vura bilməyən forvard “Mladost”un “vuran ayağı”dı.

Sonda maraq üçün qeyd edim ki, komandanın rəsmi saytı 2 ildən artıqdır ki fəaliyyət göstərmir. Bununla yanaşı komandanın sosial şəbəkələrdə rəsmi səhifəsi də yoxdu. 

Cəmi iki legionerə malik (hər ikisi serbiyalı futbolçudu) “Mladost” “Neftçi” üçün çətin rəqib sayılmamalıdı.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43