15 Avqust 2020
Ölkə futbolu Premyer Liqa

“Neftçi”nin bərbad göstəricisi, “Qarabağ” üçün mövsümdə ilk

Ötən gün keçirilən oyunlarla Topaz Premyer Liqasında 15-ci tura yekun vuruldu.

İdmanxeber.az-ın məlumatına görə, tur maraqlı məqamları ilə diqqət mərkəzinə düşdü. Belə ki, lider “Neftçi”ni məğlub edə bilməyən “Qarabağ”ın 2018/2019 mövsümündə ilk dəfə bir futbolçusu meydandan qovuldu. Qara Qarayev ötən gün qırmızı vərəqə almaqla TPL-də cari mövsümdə “Qarabağ”ın heyətində qovulan ilk futbolçu oldu.

Aktivində 3 qırmızı vərəqəsi olan “Neftçi”də bu göstərici Anton Krivotsyukun  “köhlən atlar”la oyunda meydandan qovulmasından sonra 4-ə yüksəldi. İntizamsız komandaların sıyahısında 2-ci pilləyə yüksələn “Neftçi”ni “Qəbələ”dən cəmi 1 sarı vərəqə ayırır.

İntizamsız komandalarda ilk “üçlük” aşağıdakı kimidi:

1) “Qəbələ”: 34 sarı vərəqə, 4 qırmızı vərəqə

2) “Neftçi”: 33 sarı vərəqə, 4 qırmızı vərəqə

3) “Sumqayıt”: 28 sarı vərəqə, 4 qırmızı vərəqə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Roman Qriqorçuk: “Hər oyunda hakimlik belə olsa…”

admin

“Neftçi”nin yeni transferinin vurduğu qollar – VİDEO

admin

“Qarabağ” “Slovan”la süh bağladı – YENİLƏNİB

admin