Kateqoriyasız

“Neftçi”nin bəyənmədiyi futbolçu “Trabzonspor”da – 1 milyon avro qarşılığında

“Trabzonspor” Türkiyə birinci liqasında yarışan “Eskişehirspor”un futbolçusu Jesse Sekidikanı heyətinə cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi 23 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün 1 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Jesse Sekidika bu ilin yanvarında Antalyadakı təlim məşq toplanışı zamanı “Neftçi”də baxışda olub. Lakin baş məşqçi Roberto Bordin onu bəyənmədiyindən futbolçu ilə müqavilə bağlanmayıb. O, Rumıniyanın “Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib. Lakin futbolçunun oyunu Bordini qane etməyib və “Neftçi”dən göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43