Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Hamımız çox motivasiyalıyıq”

Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyunuöncəsi mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentisu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

Rumıniyalı mütəxəssis öncə sabahkı matç barədə fikirlərini bildirdi…

– Bizim üçün vacib oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun nümayiş3 etdirib növbəti mərhələyə bir addım ataq. Qələbə qazanmağa çalışacağıq. Bunun çətin olacağını bilirik. Rəqibimiz çox güclüdür. Amma komandama, stadionda olacaq atmosferə inanıram. İnanıram ki, sabah oyunçularımız yaxşı oyun göstərəcək.

– Oyundan gözləntiləriniz nədir?
– Çox çətin rəqibdir. Çox yaxşı çempionatda yarışırlar. Asan oyun olmayacaq. Amma çox yaxşı hazırlaşmışıq. İnanıram ki, sabah “Aris”lə oyundakı inam və mübarizəni göstərə biləcəyik.

– Komanda səfərdə “Aris”ə uduzandan sonra evdə qalib gəldi və azarkeşlərdə inam qığılcımı yaratdı. Bunun xüsusi motivasiya olacağını düşünürsüz?
– Bəli. Buna ümid edirəm. Hamımız çox motivasiyalıyıq. Bu səviyyəni qorumalıyıq. Eyni cür döyüşməliyik. Ümid edək ki, 90 dəqiqənin sonunda qələbə qazana biləcəyik.

– Mert Çelik komandaya qayıtdı. Onun barədə hansı məlumatınız var? Sabah meydana çıxa bilərmi?
– Onu çox izləyə bilməmişəm. Komandaya dünən qatılıb. Xoş gəlib. Bilirik ki yüksək səviyyəli oyunçudur. Komandada onunla eyni mövqedə olan futbolçularla rəqabət aparıb heyətdə yerini qazanmalıdır. Ona bir az da vaxt lazımdır ki, yeni oyunçulara adaptasiya olsun. Ona bir az vaxt lazımdır.

– Son oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
– Bunu deyə bilmərəm.

– Azarkeşlər transferlərə görə narahatdır. Yeni oyunçu cəlb edilməsi nəzərdə tutulub?
– Sabah oyunumuz var. Mert dünən gəlib. Bu mövqedə bir oyunçuya ehtiyacımız var idi. Komandamız bütövlüklə sabahkı oyuna konsentrasiya olub. Ehtiyacımız olarsa, güclü, səviyyəmizi artıracaq futbolçu gətirə bilərik.

– Mert Çeliki hansı mövqe üçün düşünürsüz?
– Mərkəzdə, müdafiənin sağında, mərkəz yarımmüdafiəçisi kimi oynaya bilər. Gənc futbolçudur və çox inkişaf edə bilər.
– Adətən baş məşqçilər komandalarına həmyerlilərini gətirirlər. Amma sizin gəlişinizdən sonra “Neftçi”yə ruməıniyalı oyunçu gəlməyib….
– Məsələ bu deyil. Əgər büdcəyə uyğun hər hansı rumıniyalı oyunçu gətirə bilsək, bunu edəcəyik. Oyunçuları millətinə görə analiz etmirik. Bu, ehtiyacımız və büdcəmiz əsasında olur. Hərtərəfli bizə uyğun oyunçu olsa, millətindən asılı olmayaraq, komandaya cəlb edə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43