Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi narazıdı

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XVIII turunun “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, qələbədə əziyyəti olan hər kəsə, uzun məsafə qət edib komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib:

“Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular. Düşünürəm ki, “Qəbələ” sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadı. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə “çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

Məmmədov bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirmədiyini söyləyib:

“Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridi. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43