Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi istefa verdi

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov “Simurq” klubuna məğlubiyyətdən sonra istefa verib. İstefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Elşad Əhmədov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Mən əvəzedici heyətlə çempion olmuşam. Hazırda isə AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarına qatıldığıma görə Zaqataladakı oyunda iştirak edə bilmədim. Lakin əvəzedicilərin son zamanlardakı çıxışı qənaətbəxş deyildi. Buna görə də bu gün istefa ərizəmi klub rəhbərliyinə təqdim etdim. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43