Premyer Liqa

“Neftçi”nin baş məşqçisi: “Mən öz komandamla məşğulam”

“Futbolçulardan razı qaldım, yaxşı oyun göstərdilər. İnkişaf var, amma yeni futbolçuların komandaya tam uyğunlaşması üçün bir az vaxt lazımdır".

İdmanxeber.com-un məluamtına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Qəbələ" – "Neftçi" (1:0)matçından sonra deyib.

"Mütəxəssis oyunda vurulan yeganə qol haqqında da danışıb: "Bu gün hər iki hücumçumuz ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını hələ ki, yaxşı tanımırlar, amma inanıram ki, qarşıdakı turlarda azarkeşlərimizi qollarla sevindirəcəklər. Qol epizoduna gəlincə, bunu hamı gördü, bu haqda danışmaq istəmirəm. Bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43