Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi: “Təcrübəsizlik öz sözünü dedi”

“Neftçi”nin baş məşqçisi Samir Əliyev Avstriya hazırlığı çərçivəsində “Kukesi”yə 0:2 hesabı ilə uduzduqları yoxlama matçını şərh edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, o, maraqlı oyun olduğunu deyib:

“Təxminən 20 futbolçunu yoxlaya bildik. Zəif və güclü tərəflərimizi gördük. Birinci hissədə çox yaxşı oynadıq amma qol imkanlarımızdan istifadə edə bilmədik. İkinci hissədə gənc futbolçulara şans verdik, təcrübəsizlik öz sözünü dedi və səhvlərimiz nəticəsində qollar buraxdıq. Çalışacağıq ki, Avropa Liqasının oyunlarına qədər komandanı tam hazır vəziyyətə gətirək.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43