Kateqoriyasız

“Neftçi”nin bir illik xərci – 13,1 milyon manat

“Neftçi”nin 2019/20 mövsümündə xərcləri açıqlanıb.

Klubun vitse-prezidenti Elnur Eyvazov “Neftçi TV”yə müsahibəsində xərclərin 13,1 milyon manat olduğunu söyləyib. Bunun 50 faizi əsas komandanın payına düşüb.

13,1 milyon manatın 18 faizi kredit borclarının qaytarılmasına sərf olunub. Eyvazov bildirib ki, klubun 2016-cı ildən manat və dollarla kreditləri olub. Eyvazov ötən mövsüm kreditlə bağlı 1 milyon 773 milyon manat xərcləndiyini söyləyib. Vitse-prezidentin sözlərinə görə, hazırda manatla olan kredit tamamilə bağlanıb. Hazırda qalan 204 min dollardı və dekabra qədər bu məbləğin də yekunlaşacağı gözlənilir.

Xərclərin 15 faizi “Türk Hava Yolları” bazasının tikinti işlərinə xərclənibsə, qalan 17 faiz digər xərcləri təşkil edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” paytaxt klubunu məğlub etdi

admin

“Qarabağ”ın oyununda insident – azarkeşlər stadionu tərk edir – Fotolar

admin

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Ukraynada dubl etdi

admin