Kateqoriyasız

“Neftçi”nin “Bney Yehuda” ilə İsraildəki matçı da canlı yayımlanacaq

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” və  “Bney Yehuda” komandaları arasındakı hər iki matçş canlı yayımlancaq.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a bildirib ki, həm Bakıdakı ilk, həm də İsraildəki cavab matçı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Neftçi” – “Bney Yehuda” matçı avqustun 8-də, 8-ci km stadionunda keçiriləcək. Komandalar arasındakı cavab matçı isə ayın 15-də Tel-Əvivdə olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43