Kateqoriyasız

“Neftçi”nin bütün rəqibləri məlumdur

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” 3 yoхlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, artıq “ağ-qaralar”ın bütün rəqibləri müəyyənləşib. “Neftçi” ilk matçını iyunun 21-də də Rumıniyanın “Botoşani” klubuna qarşı keçirəcək. 3 gün sonra rəqib Albaniyanın “Kukesi” komandası olacaq. “Ağ-qaralar” son sınaq matçında Ukrayna “Şaхtyor”u ilə üz-üzə gələcək. Bu oyun iyunun 27-də baş tucacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43