Milli komanda

“Neftçi”nin daha bir futbolçusu milliyə çağırıldı

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. 

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisi Rəhman Daşdəmirov U-21-in hazırlığına qoşulub.

Qeyd edək ki, martın 16-dan 26-dək hazırlıq keçəcək yığmamız  bu müddətdə “Səbail” və  MOİK-lə yoxlama oyunları keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43