l Divizion

“Neftçi”nin daha bir futbolçusu “Səbail”də

Azərbaycan I divizionunda mübarizə aparan “Səbail” klubu heyətinə daha iki futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi “Neftçi”dən Eltun Yaqublunu icarəyə götürüb. 24 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Səbail”də çıxış edəcək.

Bundan başqa “Səbail” “Qaradağ Lökbatan”dan Samir Əhmədovu da transfer edib. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43