Ölkə futbolu

“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

“Neftçi”nin Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində sonuncu rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Bakı klubu Rumıniya yüksək liqası təmsilçisi “Konkordia” ilə qarşılaşacaq. Bu barədə Rumıniya klubunun saytı məlumat yayıb.

Görüş yanvarın 19-da olacaq.

Qeyd edək ki, “Neftçi” bu qış keçirdiyi yoxlama görüşlərində “Sivasspor”la (Türkiyə) heç-heçə (0:0) edib,  “Nasaf”a (Özbəkistan) 0:1, “Kukesi”yə (Albaniy)  2:4 hesabı ilə uduzub. Komanda yanvarın 17-də Rusiyanın I Divizion təmsilçisi “Tosno” ilə, yanvarın 18-də isə Premyer Liqada mübarizə aparan “Terek”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43