İdman

“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

“Neftçi”nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda həmin gün Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın “Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43