19 Fevral 2020
Ölkə futbolu

“Neftçi”nin düşərgəsindən son xəbər: Dario qayıtdı, Nabi Silla geri göndərildi

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri bir günlük fasilədən sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.

“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.

Həsən Quluzadə

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

admin

“Zirə” oyunu öncəsi “Neftçi”də ciddi itki

admin

“Neftçi” – “Neftçi” matçında 5 qol

admin