Ölkə futbolu

“Neftçi”nin final matçındakı ən yaxşısı sıradan çıxdı

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun 2013-2014- mövsümünün qalibi “Neftçi” olub.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” ilə final matçının ikinci yarısında “ağ-qaralar”ın heyətində ən yaxşılardan olan Məqsəd İsayev zədələnib. Lakin gənc futbolçu həlledici qarşılaşmada komandasını yalnız buraxmayıb və əlavə vaxtda daxil, matç bitənə kimi meydanda olub.

İsayevin son durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43