Kateqoriyasız

“Neftçi”nin futbolçusu əməliyyat olunub – 3 ay olmayacaq

“Neftçi”nin futbolçusuAzər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi müdaxilə sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçirilib. 28 yaşlı müdafiəçi təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Azər Salahlı avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43