20 Sentyabr 2024
Dünyadan

“Neftçi”nin futbolçusu “Ayntraxt”la rəsmi müqavilə imzaladı

Neftçi PFK-nın və milli komandanın qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq. Gənc qapıçı dekabrın 14-ü “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı “Bakcell Arena”nın mətbuat zalında təşkil olunacaq və saat 15-30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43