Dünya futbolu

“Neftçi”nin futbolçusu Gürcüstan millisində

“Neftçi”nin müdafiəçisi Georgi Navalovski Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub.

İdmanxeber.com-un məlumatına görə, 30 yaşlı futbolçu yoldaşlıq görüşü çərçivəsində Sent Kits və Nevis, dünya çempionatının seçmə mərhələsi çərçivəsində isə Moldova yığmalarına qarşı oyunlarda çıxış edə bilər.

Sent Kits və Nevislə görüş iyunun 7-də Tbilisidə, Moldova ilə matç isə ayın 11-də Kişinyovda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43