Kateqoriyasız

“Neftçi”nin futbolçusu koronavirusa yoluxdu

“Neftçi”nin konqolu futbolçusu Prins İbara koronavirusa yoluxub.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Bu barədə Konqo mətbuatı məlumat yayıb. Oyunçunun milli komandanın düşərgəsində COVİD-19-a yoluxduğu bildirilib.

Qeyd edək ki, “Neftçi” İbaranı yay fasiləsində heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43