Ölkə futbolu

“Neftçi”nin futbolçusu ölkəsində axtarışa verilib

Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.

20 yaşlı futbolçunun Ukraynada qeydiyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.

Azərbaycanın U-21 yığmasında da oynayan “milliləşdirilmiş” legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib. Azərbaycan vətəndaşlığı almayan, məlum üsulla “zaqran pasport” daşıyan Anton və klubu vəziyyətdən çıxış yolu axtarır.  (fanat.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43