Ölkə futbolu

“Neftçi”nin futbolçusu Türkiyədən təklif aldı, qərarını verdi

“Neftçi”nin futbolçusu Fərid Yusifli Türkiyə I Liqa klublarının maraq dairəsinə düşüb.

İdmanxeber.az-a verilən məlumata görə, ötən mövsümün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirən futbolçu ölkə xaricinə yollanmaq niyyətində deyil. O, karyerasını “Neftçi”də davam etdirmək istəyir.

U-21 millimizin üzvü “ağ-qaralar”a təyin ediləcək yeni baş məşqçinin qərarından sonra gələcəyini bəlirləyəcək. Əgər “Neftçi”də qalmasa, Yusifli Azərbaycanda oynamağa üstünlük verəcək.

O, hələlik ölkə xaricinə yollanmaq niyyətində deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43