Ölkə futbolu

“Neftçi”nin futbolçusu üzr istədi

“Neftçi” PFK “Bakı” ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərini bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, komanda “Simurq”la matçın hazırlığına start verib. Dünən klubun bazasındakı meydançada baş tutmuş məşqdən əvvəl paraqvaylı futbolçumuz Erik Ramos “Bakı” ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib. Ramos bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43