Ölkə futbolu

“Neftçi”nin gedənindən yeni xəbər: “Qəbələ” ilə matçı da buraxacaq

“Neftçi”nin zədəli futbolçusu Ernest Nforun hansı müdətə yaşıl meydanlara dönəcəyi hələ də sual olaraq qalır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda müalicəsini Belçikada davam etdirən kamerunlu forvard ən tezi 17-si “Neftçi”yə qoşulacaq. Nforun bu ayın 17-18-də düşərgəyə gəlməsi gözlənilir.

Onun növbəti tur “Qəbələ” ilə səfər matçında meydana çıxması gözlənilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43