Ölkə futbolu

“Neftçi”nin hazırkı heyətində mən də oynaya bilərdim” – Fərid Yusifli

“Mənim üçün o qədər də uğurlu mövsüm olmadı. Çünki zədələndim, 6 ay meydanlardan uzaq qaldım. Amma “Turan Tovuz” üçün mövsümü uğurlu adlandırmaq olar. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklar üçün mübarizə apardıq. Alınmasa da, mövsümü pis keçirmədik”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin futbolçusu Fərid Yusifli deyib. Mövsümün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirən futbolçu daha sonra belə davam edib:

“Artıq “Turan Tovuz”la müqaviləm bitib. “Neftçi”yə qayıdacam. Hazırda bir-iki klubdan təkliflərim var. Amma öncəliyim “Nefçti”də qalmaqdır. Komandaya yeni məşqçi gəlməldir. Bundan sonra mənim barəmdə qərar veriləcək. Nə deyəcəklər, nə məsləhət biləcəklər onu Allah bilir. Çünki bu mövsümü yaxşı keçirmədim.

“Neftçi”də oynamaq üçün daha yaxşı formaya düşməliyəm. Tam hazır olandan sonra təbii ki, oynaya bilərəm. Dəfələrlə “Neftçi” forması ilə matçlara çıxmışam. Hazırkı heyətdə də oynaya bilərdim. Bunun üçün sabiq məşqçi Miodraq Bojoviçi qınamıram. Çünki o, məni çox görmədi. Sadəcə, daha çox forma şansı qazanmaq üçün yanvarda klubdan ayrıldım. Özüm xahiş etmişdim. Klubla aramda heç bir problem, söz-söhbət olmayıb. Qarşılıqlı danışıb anlaşdıq. 

Komandanın mövsümü beşinci bitirməsi mənə çox pis təsir edir. Çünki “Neftçi” mənim doğma komandamdır. İstəyərdim avrkuboklara vəsiqə qazansınlar. Hər zaman olurdu, bu səfər alınmadı. Qismət belə imiş. Növbəti mövsüm “Nefçti”də qalmaq, burada oynamaq istəyirəm. Nə olacağını zaman göstərəcək”.

Həsən Quluzadə

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43