Ölkə futbolu

“Neftçi”nin hücumçusu Kipr klubunda – Rəsmi

“Neftçi”nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprin “Apollon” klubunda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçunun transferinə dair “ağ-qaralar”la razılıq oldunduğu bildirilib.

Donyo “Apollon”la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq.

O, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43