19 Avqust 2019
Kateqoriyasız

“Neftçi”nin hücumçusu “Səbail”də? -AÇIQLAMA

“Səbail” “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovu heyətinə qata bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev “Keşlə” ilə oyundan (1:4) sonra keçirilən mətbuat konfransında məlumat verib. O, bildirib ki, futbolçunun özü ilə şifahi danışıq olub:

“Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək. Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq”.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirbabdullanın “ağ-qaralar”la 1 illik müqaviləsi var.

Oxşar xəbərlər

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşir

admin

“Neftçi” azarkeşlərinin sevimlisinin Azərbaycan karyerası bitdi

admin

“Qarabağ” – “Partizani”: ehtimal heyətlər

admin