Ölkə futbolu

“Neftçi”nin iki futbolçusu əməliyyat olunacaq

“Neftçi”nin “Tibbi-Bərpa Mərkəzi”i zədəli futbolçularla bağlı məlumat yayıb.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi Rahil Məmmədov bu gün Türkiyənin İstanbul şəhərinin “Acıbadəm” xəstəxanasında bir çiynindən əməliyyat olunacaq. Bir aydan sonra isə futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək.

Rahil Məmmədovun əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 aydır.

Eyni xəstəxanada olan yarımmüdafiəçi Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43