Kateqoriyasız

“Neftçi”nin ilk rəqibi müəyyənləşdi

Premyer Liqamızın son qalibi “Neftçi”nin yoxlama oyunundakı ilk rəqibi müəyyənləşib.

Bu, Polşa “Legiya”sıdır. Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb. Görüşün iyunun 20-də Avstriyanın Zalsburq əyalətinin Leoqanq kommunasında keçiriləcəyi bildirilib. İyunun 23-də isə “Legiya” Rusiya “Krasnodar”ı ilə qarşılaşacaq.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 6-7 iyulda, cavab görüşləri 13- 14 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43