Ölkə futbolu

“Neftçi”nin istədiyi futbolçu PAOK-a keçir

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirəm Aleksey Kaşuk Yunanıstan klubu PAOK-a keçir.

İdmanxeber.az-ın məlumatına görə, “Şaxtyor” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müqavilə bağlamağa yaxındır. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Daha öncə yerli mətbuat “Neftçi”nin Aleksey Kaşuka transfer təklifi göndərdiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43