Ölkə futbolu

“Neftçi”nin “İstiqlal”la oyunu ləğv olundu

“Neftçi”nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də “İstiqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Xatırladaq ki, dünən “Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) “Neftçi” yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43