Kateqoriyasız

“Neftçi”nin keçmiş futbolçusu vəfat etdi

Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.

Sabiq hücumçu 51 yaşında dünyasını dəyişib.

1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olan Lemiş “Neftçi”, “Kuban”, “LasPalmas”,  MOİK, “Monolit”, “İzumrud”,  “Drujba”, Stavropol “Dinamo”su, “Baltika” və Belarus “Slaviya”sında çıxış edib.

1992-ci ildə Rusiya yığmasında 1 matça çıxan futbolçu 1994-cü ildə Azərbaycan millisində də 1 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43