20 Yanvar 2021
Ölkə futbolu

“Neftçi”nin “Keşlə” ilə oyununun saatı bilindi

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun məkanı və başlanma saatı müəyyənləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 14-ü “Bakcell Arena”da keçiri “Keşlə” ilə görüş saat 16:00-da start götürəcək. Oyunun “Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

Qeyd edək ki, yanvarın 4-də təlim-məşq toplanışına başlayan “ağ-qaralar” ilk sınaq matçını ayın 10-u “Kəpəz”ə qarşı keçirəcək. Gəncə təmsilçisi ilə matç saat 15:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Aleksandr Səmədov: “Atam azərbaycanlıdı, amma…”

admin

Arif İsayev Bakıda

admin

I Divizion, 15-ci tur: hakim təyinatları

admin