06 Oktyabr 2024
Dünya futbolu

“Neftçi”nin legioneri Polşa klubu ilə anlaşdı? – SON DƏQİQƏ!

“Neftçi”nin qapıçısı İvan Brkiç Polşadan təklif alıb.

İdmanxeber.az-ın “kanalsportwy”ə istinadən verdiyi məlumata görə, Polşanın “Motor” klubu xorvatiyalı qolkiperi heyətinə qatmağa yaxındır.

Sözügedən ölkənin mediasının tirajladığı xəbərlərdə qeyd olunub ki, 29 yaşlı qapıçı ilə danışıqlar müsbət yekunlaşıb. Tərəflər bütün məsələlərdə razılığa gəlib və rəsmi açıqlamanın çərşənbə günü veriləcəyi bildirilir.

Qeyd edək ki, Brkiç “Neftçi” forması ilə 68 matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43