İdman

“Neftçi”nin legioneri rekorda şərik çıxdı

“Neftçi”nin futbolçusu İqnasio Herrera Topaz Premyer Liqasında 10-cu qolunu vurub.

Idmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legioner yubileyə 33-cü matçında nail olub. O, 21-ci turun “Səbail”lə ev matçındakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari çempionatdakı 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

Herrera “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb. Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında Premyer Liqada 10 qola sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43