Ölkə futbolu

“Neftçi”nin matçı “Kanal D”də canlı yayımlanacaq

Xəbər verdiyimiz kimi "Neftçi" klubu Türkiyədəki təlim-məşq toplanışında "Fənərbağça" ilə yoldaşlıq oyunu keçirəcək.

Bu matç qardaş ölkənin "Kanal D" kanalından canlı yayımlanacaq. Hazırda bu yöndə danışıq gedir. “Kanal D” ilə razılıq əldə olunmasa belə, matç başqa bir telekanalla yayımlanacaq.

Qeyd edək ki, yanvarın 17-də "Mardan" stadionunda keçiriləcək oyun, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43