Ölkə futbolu

“Neftçi”nin müdafiəçisindən 250-ci oyun

Topaz Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Tural Axundov üçün yubileylə əlamətdar olub. “Sabah”la matçın (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz” və “Sumqayıt”da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.

Axundov ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43