Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi: “Bu ilin sonunda “Neftçi”dən gedəcəyimlə bağlı xəbəri oxuyanda…”

“Bu ilin sonunda “Neftçi”dən gedəcəyimlə bağlı xəbəri oxuyanda çox təəccübləndim. Bu məlumat həqiqəti əks etdirmir”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Neftçi”nin mərkəz müdafiəçisi Cairo Rodriges deyib.

Klubun rəsmi saytına açıqlama verən braziliyalı futbolçu “Neftçi”dən ayrılmaq fikrində olmadığını bildirib. O, paytaxt klubunda özünü xoşbəxt hiss etdiyini söyləyib: “Mən “Neftçi”dəyəm və müqaviləmin müddəti başa çatanadək burada qalacam. Bizim çox gözəl kollektivimiz var. Komandamızın uğurları üçün birlikdə əlimizdən gələni etməyə çalışacağıq. “Neftçi”də xoşbəxtəm”.

Qeyd edək ki, Cairo Rodriges “Neftçi” ilə başa çatan müqavilə müddətini bu yay uzatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43