31 Yanvar 2023
Kateqoriyasız

“Neftçi”nin Müşahidə Şurası uğursuz nəticələrə görə toplandı

Bu gün “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk”səhifəsinə istinadən yaydığı xəbərə görə, klubun inzibati binasında keçirilən görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub. Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” “Ferentvaroş”a qarşı – Ehtimal olunan heyət

admin

“Neftçi” onunla müqaviləni yenilədi – Rəsmi

admin

“Qarabağ” – AEL matçına nə qədər bilet satılıb?

admin