08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin Müşahidə Şurasının sədri məşəl daşıdı – (FOTO)

Avropa Oyunlarının məşəli bu gün də Bakının ən gözəl parklarına və meydanlarına səyahəti davam edir. 

İdmanxeber.com-un məlumatına görə, məşəl saat 13:00-da Nizami küçəsindən Fəvvarələr meydanına aparılıb. Yol boyu Azərbaycanın tanınmış şəxsləri məşəli bir-birinə ötürüblər. Birinci olaraq Xalq artisti xanəndə Ağaxan Abdullayev Avropa Oyunlarının simvolunu ikiqat dünya çempionu, dünyanın 5-ci ən güclü ağırlıqqaldıranı Nizami Paşayevə təhvil verib.

Daha sonra Nizami Paşayev məşəli “Parni iz Baku” KVN komandasının üzvü Tahir İmanova ötürüb. Sonda Tahir İmanov məşəli məşhur yazıçı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə təhvil verib. Məşəl bundan sonra yerin altı ilə- metroda səyahətinə davam edib. Bundan sonra oyunların simvolu Filarmoniya Bağından funikulyora, Dağüstü Parka gətirilib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43