Ölkə futbolu

“Neftçi”nin Naxçıvandakı azarkeşləri “Xəzər Lənkəran”a “gəl-gəl” deyir – AÇIQLAMA

“İlk öncə onu deyim ki, böyük futbolun Naxçıvana gəlməsi bizi həyəcanlandırır və sevindirir. Əsas odur ki, böyük futbol Naxçıvanda bizim üçün yaşanacaq. Onu deyə bilərəm ki, həmin gün stadion tam dolacaq. Sadəcə “Xəzər Lənkəran” bizim qonağımızdır. Onlar bura qonaq qismində gəlirlər”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Neftçi”nin “Flaqman” azad azarkeş qrupunun Naxçıvan şöbəsinin rəhbəri Hüseyn Əliyev deyib.

Qrup rəhbəri prinsipial rəqiblərin arasında baş vermiş qalmaqalların Naxçıvanda yaşanacağına inanmır:

“Biz “Xəzər Lənkəran”ı gül-çiçəklə qarşılayıb, eləcə də yola salacağıq. Burada hər hansı bir qarşıdurmadan söhbət gedə bilməz. “Xəzər Lənkəran” bizim qonağımız olacaq. Bütün stadion “Neftçi” qışqıracaq. Biz özümüz də, bu oyuna ciddi hazırlaşacağıq. Hər şeyi siz jurnalistlər də gəlib görəcəksiniz.

Sonda onu da qeyd etmək istəyirəm ki, bizim qrupun rəhbəri Ceyhun Bədəlzadə əməliyyat keçirib. Öz admızdan ona Allahdan şəfa diləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43