08 Sentyabr 2024
Dünyadan

“Neftçi”nin Nqezana transferi baş tutmadı! – SON DƏQİQƏ!

Rumıniyanın “Styaua” (Buxarest) klubunun futbolçusu Siyabonqa Nqezananın “Neftçi”yə keçidi baş tutmayıb.

İdmanxeber.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı stoperla aparan danışıqlar müsbət yekunlaşmayıb. Afrikalı müdafiəçinin meneceri Florin Vulturar xarici mətbuata açıqlamasında bu keçidin baş tutmadığını bildirib. O, qeyd edib ki, “Neftçi” tələb olunan məbləği vermək istəmir. Əlavə olaraq menecer bildirib ki,  Nqezana özünü daha güclü liqada yoxlamaq istəyir.

Qeyd edək ki, Rumıniya mətbuatı daha əvvəl bu transfer üçün Buxarest klubunun “Neftçi”dən 7 milyon avro tələb etdiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43