Kateqoriyasız

“Neftçi”nin oyunçuları mənim və uşaqların ayaqlarına vururdular” – AZAL-ın qələbə qolunun müəllifi

Premyer Liqanın 17-ci turunda “Neftçi” ilə görüşdə AZAL-ın yeganə qoluna imza atan Ruslan Nəsirli komandasına növbəti üç xalı qazandırdı. Matçdan sonra Nəsirli İdmanxeber.com-a müsahibə verib:

– Qol imkanlarınız çox olmadı. Amma lazımi anda qolunuzu vura bildiniz…

– Oyun çox ağır keçdi. Uşaqlar hamısı vuruşdu, ona görə onlara təşəkkür edirəm. Sağ cinahda ötürmə gəldim və mən yerində topa zərbə vurdum, qalib gəldik. Mənə ötürmə verdiyinə görə Murad Səttarlıya təşəkkür edirəm. Bu oyunu unudub “Zirə” ilə matça hazırlaşmaq lazımdı.

– Səncə, hesab oyuna görə idi? Layiqli qələbə qazandınız?

– Düzdü, “Neftçi”nin də qol vurmaq üçün imkanları oldu. Bizim də var idi. Sadəcə vurduğumuz bir qol hər şeyi həll etdi.

– Yəqin etiraf edərsən ki, oyunun vaxtını çox aparırdız. Tez-tez yerə yıxılırdız…

– “Neftçi”nin oyunçuları mənim və uşaqların ayaqlarına vururdular. Ona görə də biz də çalışırdıq ki, oyunun tempini aşağı salaq.

– “Neftçi” son vaxtlar pis çıxış etmirdi. Sizinlə oyundan öncə də “Qəbələ”yə qalib gəlmişdilər. Yəqin oyundan öncə bir xala razı olardınız…

– Biz hər oyuna üç xal üçün çıxırıq. Turnir cədvəlindəki mövqeyimizi də daha yaxşılaşdırmaq üçün qələbələr lazımdı biz. “Neftçi” ilə oyunda bəxtimiz gətirdi, qol vurduq və qalib gəldik.  

– “Neftçi” oyunçuları da özlərini tez-tez cərimə meydançanızın daxilində yerə atıldılar. Sanki baş hakimdən penalti istəyirdilər. Hakimin hər qərarına da etiraz edirdilər. Onları haqlı hesab edirsən?

– Baş hakim hər şeyi daha yaxşı görürdü. Əgər penalti olsaydı, baş hakim verərdi. Yox idi deyə, təyin etmədi.

– “Zirə” ilə oyunda uğurlu seriyanı davam etdirə biləcəksiz?

– İnşallah, görək də! Qismətdi, necə olacağını öncədən demək olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43