“Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Xatırladaq ki, “Neftçi” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.